"Dedi ki, başına oyun açaram, verilişini də bağlatdıraram"

"Dedi ki, başına oyun açaram, verilişini də bağlatdıraram"

Hazırda oxunan: "Dedi ki, başına oyun açaram, verilişini də bağlatdıraram"

239834

Aktyor Müşviq Şahverdiyev mərhum Xalq artisti İlhamə Quliyevanı parodiya etdikdən sonra onunla ilk görüşündən danışıb.

Bizim.Media xəbər verir ki, aktyor "İzzət şou"da qonaq olarkən mərhum sənətçinin ona hədə-qorxu gəldiyini bildirib:
 

"Bir dəfə Xalq artisti İlhamə Quliyeva məni gördü və soruşdu ki, "Məni sən parodiya etmisən?".


Elə bildim deyəcək ki, nə gözəl eləmisən oğul. Nə gözəl aktyorsan sən. Həvəslə cavab verdim ki, bəli, mən etmişəm. Dedi ki, "Qələt eləmisən. Sən kimsən məni parodiya edirsən? Başına bir oyun açaram, verilişini də bağlatdıraram. Get o uzuna da ("Tək səbir"in aparıcısı Həsən) de ki, başınıza oyun açaram". Mən də tez təşvişə düşən adamam. Oradan qaçaraq çıxdım və kanala girən kimi dedim ki, uşaqlar, İlhamə xanım bizdən şikayət edib, verilişimizi bağlayacaqlar".(axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO