“Həkimlər dedi ki, 2 il ömrü qalıb”

“Həkimlər dedi ki, 2 il ömrü qalıb”

Hazırda oxunan: “Həkimlər dedi ki, 2 il ömrü qalıb”

237693

"Ağır xəstəlik idi, bilirdik ki, anamı itirəcəyik. Anamın ilk əməliyyatında həkim dedi ki, 2 il ömrü var. Ancaq həkim nə qədər verdi, verdi. Ondan sonra 3 il 3 ay yaşadı. O ərəfədə sürünürdüm, amma bilirdim işləməliyəm, yük çiynimdədir".

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu ""İncə səhər" verilişində deyib. 

Sənətçi xərçəng xəstəliyindən əziyyət çəkən anasının vəfatından danışıb:

"Əhvalım pis olanda kiməsə göstərməmişəm. Anam dünyasını dəyişəndə də danışmadım. İçimdə çəkdim, qapalı adamam. İstədim gedim xaricə istirahət edim, beynim açılsın. Gələn kimi dostum Xəyyam (meyxanaçı Xəyyam Əhmədli - red.) vəfat etdi. Bu da bir zərbə oldu. Toparlana bilmirdim, səhhətimdə pis şeylər oldu. Başqa müğənnilərin heç nə vecinə deyil. Amma mənim imicim elədir ki, cəmiyyətin ismarışını eşidənəm. Deyirlər, bunu etmə, olmaz. Gördüm qalxa bilmirəm. El şənliklərinə getmirdim, beh verilirdi, qaytarırdım. Sonra gördüm alınmır, qalxdım, indi yaxşıyam".

N.Qaraçuxurlu səhhətindəki problemdən danışıb:

"Başımda problem yarandı, Ağrılar olurdu, başım fırlanırdı. Bir də ürəyimdə ağrılar yarandı. Psixologiyam və iradəm güclüdür, qarşısını aldım". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO