Özcan Deniz infarkt keçirib – FOTO

Özcan Deniz infarkt keçirib – FOTO

Hazırda oxunan: Özcan Deniz infarkt keçirib – FOTO

235287

Xəstəxanaya yerləşdirilən türkiyəli müğənni və aktyor Özcan Denizin infarkt keçirdiyi məlum olub.

Bizim.Media xəbər verir ki, son vaxtlar ailəsi ilə qalmaqal yaşayan sənətçinin səhhətində problem yaranıb.

Özcan Denizin ailəsi ilə keçirdiyi çətin prosesə ürəyi dözmədiyi və rol aldığı "Kızıl Goncalar" serialının çəkiliş meydançasında özünü pis hiss etdiyi və huşunu itirdiyi bildirilib.

Məlumata görə, ilk müdaxilədən sonra anju edilən Deniz iki həftə sonra yenidən xəstəxanaya gedəcək və ürəyindəki tıxanmış damara stent qoyulacaq. Hazırda onun evə buraxıldığı bildirilib.

Pərəstişkarlarını qorxuya salan Ö.Dəniz səhhəti ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək yaxşı olduğunu yazıb.

Xatırladaq ki, Ö.Denizin xəstəxanaya yerləşdirilməsində sənətçinin ailəsini günahlandıran həyat yoldaşı Samar Dadgar instaqram hesabında sərt açıqlama vermişdi.

Qeyd edək ki, Özcan Denizin anası Kadriye Denizlə aralarında qalmaqal yaşanıb. Belə ki, sənətçinin anası oğlu və gəlini barəsində uzaqlaşdırma və qoruma tədbiri istəyib, məhkəmə prosesi başlayıb. K.Denizin vəkili Rukiye Moray Erzundal isə Özcan Denizin anasının evinə getdiyini, ona hədə-qorxu gəldiyini və zorakılıq tətbiq etdiyini iddia edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO