Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva ünvanına yazılan şərhlərə qəzəblənib.
Bizim.Media xəbər verir ki, o, instaqramda yazılan “Yaş üstə yaş gəlir, Aynişan. Nə zaman ailə qurub övlad sahibi olacaqsan? Axı övladı hər yaşda dünyaya gətirmək olmaz. Özünü sev. Ancaq dünya malı dünyada qalır. Sizdən geriyə nə qalacaq? Bunu düşünün” şərhə sərt reaksiya verib.
“Siz kimsiniz ki, mənim həyatıma müdaxilə edib məsləhət verirsiniz? Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir? Hər insanın öz həyatı, öz seçimi var. Siz isə əvəzinə, öz həyatınızı qurmağa baxın. Mənim seçimlərim sizi niyə bu qədər narahat edir? Öz həyatınız bu qədər maraqsızdır? Bu cür beyin haradan qidalanır? Bunun bir mənbəyi var? Xüsusi bir pəhriz rejimi filan tətbiq olunur? Beyin hüceyrələrini bu qədər işə salmamaq üçün nə yeyib-içirlər? Vallah, öyrənmək istəyirəm, çünki bu qədər sərhədsiz fikir bildirmək, insanın şəxsi həyatına bu qədər rahat müdaxilə etmək ciddi istedaddır”, - deyə, Aynişan vurğulayıb.
Qeyd edək ki, Aynişan bir dəfə ailəli olub, ayrılıb.
Bizim.Media
![Aynişandan SƏRT REAKSİYA – “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?” Aynişandan SƏRT REAKSİYA – “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?”](https://bizim.media/file/articles/2025/02/15/1739615292_5298724762966681976.jpg)
- A-
- A
- A+
Şoutaym
14:54 / 15.02.2025
Aynişandan SƏRT REAKSİYA – “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?”
Hazırda oxunan: Aynişandan SƏRT REAKSİYA – “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?”
Hazırda oxunan: Aynişandan SƏRT REAKSİYA – “Haradan çıxıb ki, hər qadının borcu uşaq dünyaya gətirməkdir?”
234882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.