İzzət illərdir küsülü olduğu Qorxmaz Əlilicanzadədən danışdı

İzzət illərdir küsülü olduğu Qorxmaz Əlilicanzadədən danışdı

Hazırda oxunan: İzzət illərdir küsülü olduğu Qorxmaz Əlilicanzadədən danışdı

234245

"Qorxmaz Əlilicanzadə ilə aramızda yaşanan hadisə 30 ilə söykənir. Bu məsələ yenidən Elgiz Əkbərin verilişində gündəmə gəldi. Elgiz Qorxmaz bəydən soruşdu ki, İzzət verilişə gəlsə... O da kübarcasına sakit durub, cavab vermədi".

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Özəl" verilişində deyib.

Sənətçi Əməkdar artist Qorxmaz Əlilicanzadənin onun haqqında dediklərinə münasibət bildirib:
"Bundan sonra o başqa verilişdə haqqımda başqa sözlər dedi. Başqa verilişlərdə Qorxmaz Əlilicanzadədən rahat danışıram, çünki “7/17” müsabiqəsi bitəndən və 18 yaşımdan sonra o layihədən ayrıldım, gəldim Qorxmaz bəyin rəhbərlik etdiyi estrada teatrına. Orada da illərlə çalışmışam. Həmçinin ora bir neçə həmkarımı da işləməyə çağırmışam. Biz o teatrla Azərbaycanı qarış-qarış gəzib, konsertlər vermişik. Əslində televiziyaya "şou" sözünü Qorxmaz Əlilicanzadə gətirib".

Qeyd edək ki, Q.Əlilicanzadə illərdir İ.Bağırovla küsülüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO