Məşhur aktrisa, Rusiyanın Xalq artisti Qalina Polskixə xərçəng diaqnozu qoyulub.
Bizim.Media “SHOT” teleqram kanalına istinadən xəbər verir ki, müayinə zamanı onun böyrəyində bədxassəli şiş aşkarlanıb.
Məlumata görə, Rusiya Federasiyasının 85 yaşlı Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar Botkin xəstəxanasına müraciət edib. Həkimlər müalicə kursu keçməsi məqsədilə ona 24 saatlıq xəstəxanaya yerləşdirilməsi üçün göndəriş veriblər.
Polskixin menecerinin sözlərinə görə, aktrisa hazırda evdədir və hələ də xəstəxanaya yerləşdirilməyib.
Qeyd edək ki, Qalina Polskix "Vəhşi İt Dinqo" filmində debüt edib. Ümumilikdə, aktrisa 170-dən çox filmdə rol alıb.
Bizim.Media