Emin Əfəndidən Miri Yusiflə bağlı şantaj iddialarına CAVAB - FOTO

Emin Əfəndidən Miri Yusiflə bağlı şantaj iddialarına CAVAB - FOTO

Hazırda oxunan: Emin Əfəndidən Miri Yusiflə bağlı şantaj iddialarına CAVAB - FOTO

230975

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşməsi ilə bağlı iddialar yayılıb. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Emin Əfəndi öz sosial şəbəkə hesabında sözügedən iddialara cavab verib.

O, açıqlamasında bildirib:

“Xalq artisti Miri Yusifin prodüseri olaraq, bu mövzu ilə bağlı açıqlama vermək istəyirəm. Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.

Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm.

Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO