Manaf Ağayev: "Çimnaz dedi ki, həkimlər mənim başıma oyun açdılar" - VİDEO

Manaf Ağayev: "Çimnaz dedi ki, həkimlər mənim başıma oyun açdılar" - VİDEO

Hazırda oxunan: Manaf Ağayev: "Çimnaz dedi ki, həkimlər mənim başıma oyun açdılar" - VİDEO

230278

"Çimnaz xanımın xəstəliyi barədə məlumatım var idi".

Bizim.Media oxu.az-a istiandən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Manaf Ağayev deyib.

"Bir nəfər mənə zəng edib məclis ilə bağlı axtarırdı. Ona qədər xəbərim olmayıb. Zəng edib bunun xəbərini Çimnaz xanıma deyəndə gördüm danışa bilmir. Mənə dedi ki, xəstələnmişəm, amma xahiş edirəm heç kim bilməsin. Deyirdi ki, əməliyyat olmuşam, yaxşıya doğru gedir. Bir həftə əvvəl isə telefon əlaqəmiz oldu. Onda da dedi ki, yaxşıyam xəstəxanadan çıxmışam. Xəstə olduğunu heç kimə deməməyi tapşırmışdı.

Bir də dedi ki, həkimlər mənim başıma oyun açdılar. Amma nə olduğundan xəbərim yoxdu. Xanım olduğu üçün soruşub dərinə getmədim. Beləcə telefon əlaqəmiz olub. Xahiş etmişdi ki, maraqlanan olanda xaricə getdiyini deyim".

Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO