"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"

"Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"

Hazırda oxunan: "Toyda əlini göyə qaldırıb dedi ki, haqqımı halal etmirəm"

228490

Aparıcı Elgiz Əkbər musiqiçilərin pulunu kəsən müğənniləri tənqid edib.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində deyib.

"Toydan sonra dava düşmüşdü. Zərb alətlərindən birində ifa edən qadın musiqiçi məkanda əllərini göyə qaldırıb solistə dedi ki, sənə haqqımı halal etmirəm, Allah sənin bərəkətini qaçırsın və canından çəkəsən. Bunları deyib ağlaya-ağlaya da evinə getdi.

Musiqçinin adını çəkməyəcəyəm. Az bir müddət keçəndən sonra həmin solist xəstəliyə düşdü və dünyasını dəyişdi. Haramçılıq pis şeydir. O, nağara ifaçısı qıza verilən pulu onun əlindən almışdı. Müğənnilərə üzümü tuturam ki, musiqiçilərə verilən pulu onun əlindən almaq olmaz", - deyə Elgiz bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO