Sevgilisini atası ilə yaxalayan, əxlaqsız kaseti yayılan, narkotik... - MƏŞHURLARIN QALMAQALLI KEÇMİŞİ

Sevgilisini atası ilə yaxalayan, əxlaqsız kaseti yayılan, narkotik... - MƏŞHURLARIN QALMAQALLI KEÇMİŞİ

Hazırda oxunan: Sevgilisini atası ilə yaxalayan, əxlaqsız kaseti yayılan, narkotik... - MƏŞHURLARIN QALMAQALLI KEÇMİŞİ

22809

Ulduzların parlaq həyatı hər zaman sadə insanların maraq dairəsində olub. Bəzən onların yaşadıqları həyat tərzlərinə qibtə edən pərəstişkarları, onlara bənzəmək üçün dəridən – qabıqdan çıxırlar.

Ancaq uzaqdan-uzağa heyranı olduğumuz məşhurların, həyatlarının qaranlıq tərəflərini gördükdə, heç kəs onların yerində olmaq istəməz. Heç kəsə sirr deyil ki, ulduzların əksəriyyəti zamanla şəxsi həyatlarını alt-üst edəcək qalmaqallar yaşayıblar. 

Bizim.Media olaraq onların bəzilərinin siyahısını təqdim edirik: 

Vanessa Redqreyv 

Emmi mükafatlı məşhur ingilis ulduz Vanessa Redqreyv həyat yoldaşı, rejissor Toni Ricardsonu, öz atası ilə eyni yataqda yaxalayıb. İşdən evə tez qayıdan Vanessa öz evində dəhşətli mənzərə ilə qarşılaşıb. Atası isə öz hərəkətindən utanmaq əvəzinə, “onu sən də sevirsən mən də qızım,” - deyə Redqrevyə bildirib. 

Culiya Roberts

Hollivudun məşhur ulduzu Culiya Roberts isə illər əvvəl seks videosu yayıldığına görə, bir müddət qalmaqal yaşayıb. Belə ki, aktrisanın seks partisinə qatıldığı gecədə lentə alınmış video o zaman bütün dünyada müzakirə olunub. 

Pamela Anderson 

Hollivudun digər ulduzu Pamela Anderson da əxlaqsız videosu yayılan məşhurlardandır. Onun həyat yoldaşı ilə yataq görüntülərini lentə almaqları, başlarına əməlli-başlı iş açıb. Belə ki, həmin ərəfədə evləri qarət olan ulduzun görüntüləri də oğurlanıb. İnternetdə yayımlanan video zamanında ulduz üçün böyük problemə çevrilib. 

Şarliz Teron 

Aktrisanın atası spirtli içki aludəçisi olub. Bir gün sərxoş vəziyyətdə evə qayıdan ata, Şarlizin yatağına silahdan atəş açıb. Bunu görən anası isə atasını qətlə yetirərək, uzun müddət məhbus həyatı yaşayıb. 

Corc Maykl 

Məşhur, mərhum müğənni Corc Maykl cinsi qalmaqal yaşayan məşhurlardandır. O, 1998-ci ildə, ictimai kişi tualetində bir kişiyə cinsi əlaqə təklif etdiyinə görə, həbs edilərək 800 dollar cərimələnib. Ulduz buna görə uzun müddət dünya gündəmindən düşməmişdi. 

Peris Hilton 

Hollivudun qalmaqallı ulduzu Peris Hilton sevgilisi ilə ayrıldıqdan sonra dərdə düşüb. Belə ki, bir yerdə olduqları zaman lentə aldıqları seks görüntülərini, internetdə yayan keçmiş sevgilisi Parisi çətin vəziyyətə salıb. 

İbrahim Tatlısəs 

Qatıldığı proqramların birində Tatlısəsin narkotik etirafı, o zamanlar böyük səs-küyə səbəb olub. İfaçı bir müddət narkotikdən istifadə etdiyini bildirərək, gənclərin bundan uzaq durmasını tövsiyyə edib. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO