"Dəyişikliyimi əkbəttə ki, hər kəs birdən-birə qəbul etmədi və hələ də qəbullanmayan insanlar var".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Sabahın xeyir" verilişinə müsahibəsində bildirib.
Sənətçi hazırda özünü bu tərzdə rahat hiss etdiyini deyib:
"Heç kəsi qınamıram. Çünki biz bəzən keçmişdə yaşanan hansısa gözəl duyğularda qalırıq və onlardan qopmaq istəmirik. Ona görə də onları qınaya bilmirəm. Məktəbli qız kimi gördükləri xanım birdən-birə tərzini dəyişir.
Amma bu, mənim indi içimdə hiss etdiyim Lalədir. İnsan nə qədər oynasa da, bir müddət sonra yorulur. Amma bu gün mənə belə rahatdır və özümü çox yaxşı hiss edirəm. Tərzimi dəyişsəm də, içimdə bir ana xətt - Lalə Məmmədova var".
Bizim.Media