Ebru Gündeş toydan 9 ay sonra dördüncü ərindən boşanır

Ebru Gündeş toydan 9 ay sonra dördüncü ərindən boşanır

Hazırda oxunan: Ebru Gündeş toydan 9 ay sonra dördüncü ərindən boşanır

223310

Türkiyə mətbuatı 50 yaşlı türk şou-biznesinin ulduzu Ebru Gündeşin özündən 12 yaş kiçik iş adamı Murat Özdəmirdən boşanması ilə bağlı xəbərlər yayıb.

Bizim.Media “Gazete Magazin”ə istinadən xəbər verir ki, Ebru Gündeş dördüncü əri ilə aralarında yaranan fikir ayrılıqlarına görə ayrılıb.
 

Nəticədə M.Özdəmir 9 ay öncə baş tutan toydan bəri onunla birlikdə yaşadığı Dubayda müğənnini tərk edərək İstanbula qayıdıb.


E.Gündeşin özü isə iş adamından ayrılması ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, M.Özdəmir üçün bu evlilik üçüncü olub. Onun əvvəlki həyat yoldaşlarından üç övladı var.

Türk şou-biznesinin ulduzu üçün isə bu, dördüncü evlilikdir.

Xatırladaq ki, Ebru Gündeşin atası iş adamı Rza Zərrab olan 12 yaşlı Alara adlı qızı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO