Əməkdar artist Kübra Əliyeva ilk dəfə efirə gəlini ilə çıxıb.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, onlar birlikdə "Elgizlə izlə" proqramına qatılıblar.
K.Əliyeva onun vəfat edən oğlu Rauf Məmmədovun xanımı olduğunu bildirib.
Aktrisa bu günlərdə nəvəsi Ağəlini əsgərliyə yola salmasından da bəhs edib.
"9 ildir oğlum vəfat edib. Nazlı ilə bir dəfə aramızda söz olmayıb. 9 ildir bir balanı birlikdə böyütmüşük. İndi gəlinim Türkiyədə yaşayır. Orada ona ev də almışam" deyə, K.Əliyeva söyləyib.
Bizim.Media