Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb? - FOTO

Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb? - FOTO

Hazırda oxunan: Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb? - FOTO

216548

Müğənni Xatun Əliyeva dələduzluqla qarşılaşdığını iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş edib, pulu ödəsə də, əşyalar çatdırılmayıb:

"Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh ödədik. Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb, pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin".

Həmin onlayn mağaza isə cavab olaraq özünün sosial şəbəkə hesabında məhsulların çatdırıldığını və müğənninin onları təhqir etdiyini bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO