Dilan Polat ərinin həbsdə yazdığı məktubu PAYLAŞDI – FOTO

Dilan Polat ərinin həbsdə yazdığı məktubu PAYLAŞDI – FOTO

Hazırda oxunan: Dilan Polat ərinin həbsdə yazdığı məktubu PAYLAŞDI – FOTO

212800

Ötən ilin noyabrında “çirkli pulların yuyulması” və vergidən yayınma ittihamları ilə həbs edilən türkiyəli fenomen Dilan Polat azadlığa çıxdıqdan sonra əri Engin Polatın ona həbsxanadan yazdığı məktubu paylaşıb. 

Bizim.Media xəbər verir ki, məktubda bu ifadələr yer alıb: 
 

"Sevgilim, Allaha şükür, bitdi. Hər şey keçəcək, bu günlər də bitəcək. Heç nəyə görə narahat olma. Çoxlu yemək ye, uşaqlarımıza bax. Sabah gələcəksən. Hələ də yuxu kimidir. Çox şükür. Səni çox sevirəm. Sabah gələndə nə etməli olduğunu danışarıq”. 


Məktubda “Sabah gələndə nə etməli olduğunu danışarıq” sözləri diqqət çəkib. 

Qeyd edək ki, “çirkli pulların yuyulması” və vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polat və əri Engin Polatın 40 ilə qədər həbsi tələb edilirdi. Ötən ay Dilan Polat, sentyabrın əvvəlində isə Engin Polat haqqında azadlığa buraxılma əmri verilib və onlar sərbəst buraxılıblar. Engin Polat 10 aya yaxın həbsxanada idi. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO