Ledi Qaqanın dostlarının illər əvvəl yaratdığı hesab ÜZƏ ÇIXDI: “Sən heç vaxt məşhur olmayacaqsan”- FOTO

Ledi Qaqanın dostlarının illər əvvəl yaratdığı hesab ÜZƏ ÇIXDI: “Sən heç vaxt məşhur olmayacaqsan”- FOTO

Hazırda oxunan: Ledi Qaqanın dostlarının illər əvvəl yaratdığı hesab ÜZƏ ÇIXDI: “Sən heç vaxt məşhur olmayacaqsan”- FOTO

211464

Dünyaca məşhur müğənni Ledi Qaqanın fanatlarından biri “Facebook”da müğənninin keçmiş sinif yoldaşlarının illər öncə yaratdığı qrup hesabını tapıb.

Bizim.Media xəbər verir ki, dünya ulduzunun 12 nəfər sinif yoldaşının yaratdığı qrup “Stefani Germanotta (Ledi Qaqanın əsil adı), sən heç vaxt məşhur olmayacaqsan” adlanır.

Qrupda yeniyetmələr Qaqaya gülür, onun heç vaxt uğur qazanmayacağını və tanınmayacağını iddia ediblər.

Qaqanın pərəstişkarı sözügedən hesabın linkinin də olduğu video paylaşımda müğənninin illər ərzində qazandığı nailiyyətləri bir-bir sadalayıb. Buraya dünya ulduzunun əldə etdiyi “Oskar”, 13 “Qremmi”, 2 “Qızıl Qlobus” mükafatları da daxil edilib.

Ledi Qaqa sözügedən paylaşıma "Ona görə də insanlar sənə inanmadıqda və ya səni alçaltmaq istədiklərində əsla təslim olmamalı və irəliləməkdə davam etməlisən" deyə şərh yazıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO