Kərim Elman Rüstəmovun restoranında döyülübmüş – FOTO

Kərim Elman Rüstəmovun restoranında döyülübmüş – FOTO

Hazırda oxunan: Kərim Elman Rüstəmovun restoranında döyülübmüş – FOTO

211314

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov iştirak etdiyi məclislərin birində döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi və toyu tez bitirdiyi üçün baş verib.

Bizim.Media xəbər verir ki, yenisabah.az hadisənin hansı şadlıq evində baş verdiyini öyrənə bilib.

Belə ki, insident paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küç., 2534 ünvanında yerləşən “Platin” Şadlıq sarayında baş verib.

Sözügedən şadlıq sarayının Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmova məxsus olduğu bildirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO