Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verdi – VİDEO

Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verdi – VİDEO

Hazırda oxunan: Məhkəmə Sevdanı izləyən şəxslə bağlı qərar verdi – VİDEO

210692

Müğənni Sevda Sanaliyeva videoaçıqlama yayaraq bir şəxsin onu izlədiyini və hədələdiyini deyib. İfaçının müraciətindən sonra həmin şəxs polis tərəfindən saxlanılıb. 

Bizim.Media xəbər verir ki, “axşam.az”a açıqlama verən Sevda adını açıqlamadığı şəxslə bağlı məhkəmənin qərar çıxardığını deyib: 

"Müraciətimin səhəri mənə dəstək çıxıldı. Hətta nazirlikdən tapşırıldı, göstəriş verildi. Polislər əllərindən gələni etdilər. Yerlə-göy qədər razıyam. Şəxsi saxladılar və məhkəməyə çıxarıldı. Dəlil yetərsizliyindən həmin şəxs azadlığa buraxıldı.

Məndən isə uzaqlaşdırılma qərarı verildi. Buna görə həmin insan mənim yaxınıma belə gələ bilmir. Artıq başım dincdir, problem yaşamıram. Buradan bütün yardım edənlərə, mediaya təşəkkür bildirirəm". 

Qeyd edək ki, Sevda bir kişinin hər gün onun evinin yanına gəldiyini, onu izlədiyini və narahat etdiyini açıqlamışdı. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO