Alsu milyarder ərindən BOŞANDI

Alsu milyarder ərindən BOŞANDI

Hazırda oxunan: Alsu milyarder ərindən BOŞANDI

208677

Rusiyalı ulduz Alsu yəhudi milyarder əri Yan Abramovdan boşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumatlar yayılıb.

Uzun zamandır davam edən boşanma prosesi avqustun 27-də paytaxtın məhkəmələrindən birində yekunlaşıb.
 

Abramov müğənniyə təzminat olaraq 2.5 milyard rubl (təqribən 47 milyon manat) təklif etsə də, Alsu bundan imtina edib və təxminən 10 milyard rubl (təqribən 186 milyon manat) təzminat istəyib. 


Qeyd edək ki, cütlük 2024-cü il iyunun 27-də rəsmi olaraq boşanmalı idilər, lakin məhkəmə iş adamının tələbi ilə onlara daha iki ay vaxt verib. Keçmiş cütülyün 17 yaşlı Safina, 16 yaşlı Mikella və 8 yaşlı Rafael adlı üç övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO