Alman aktrisa Türkiyə vətəndaşlığı alıb adını dəyişdirdi - FOTO

Alman aktrisa Türkiyə vətəndaşlığı alıb adını dəyişdirdi - FOTO

Hazırda oxunan: Alman aktrisa Türkiyə vətəndaşlığı alıb adını dəyişdirdi - FOTO

207668

Türkiyədə yaşayan alman aktrisa Vilma Elles bu ölkənin vətəndaşlığını alıb.

Bizim.Media “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə sənətçi tədbirlərin birində açıqlama verib.

O, həmçinin adını dəyişdirərək Mücella qoyduğunu bildirib.

Xatırladaq ki, V. Elles 2014-2019-cu illərdə Arif Kerem Gögüşlə ailəli olub. Bu evlilikdən dünyaya gələn əkizlər Milat və Melodinin qəyyumluğu anaya verilib.

Aktrisa 2022-ci ildə vəkil Mehmet Şah Çeliklə nikaha girib. Bu evlilikdən bir övladı var.

V. Ellesə 2010-2013-cü illərdə “Kanal D” telekanalında yayımlanmış “Öyle bir geçer zaman ki” serialındakı “Caroline” obrazı şöhrət gətirib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO