Aysun: “Yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük” - FOTO

Aysun: “Yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük” - FOTO

Hazırda oxunan: Aysun: “Yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük” - FOTO

207605

“İnanın, yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük. Qayınanam, qayınatamla çox maraqlanırsız. Onlar şou-biznes adamı deyil ki,  çəkim göstərim”. 

Bizim.Media xəbər verir ki, bunu yenicə ana olan müğənni Aysun İsmayılova özünün “Instagram” hesabında yazıb.

Körpəsi ilə fotolarını paylaşan Aysun ona yazılan mənfi rəylərə cavab verib: 

“Rəylərinizi bəbişdən vaxt tapdıqca oxuyuram. Hər birinizə gözəl dualarınız, xoş sözləriniz üçün çox təşəkkür edirəm. Allah hər ailəyə bu sevinci yaşatsın.

Gələk mənfi rəy yazanlara… İnanın, yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük. Qayınanam, qayınatamla çox maraqlanırsız. Onlar şou-biznes adamı deyil ki,  çəkim göstərim. Çox ağır təbiətli və bəlli bir yaşa çatmış insanlardılar. Narahatsız ki, xəstəxanada niyə yox idilər? Əslində gözümü açanda ilk qayınanamı gördüm. 
 

Maşallah, münasibətimiz çox gözəldir. Siz bizə görə narahat olmayın. Bizim çox güclü, sevgi dolu ve özünə hörmət edən ailəmiz var. Şükür ki, bu cür hörmətli mədəni ailənin gəlini ve şıltaq qızlarıyam”.


Qeyd edək ki, vəkil Ramil Vəliyevlə evli olan müğənninin Sevgi adlı qız övladı dünyaya gəlib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO