6 dildə mahnı ifa edən azərbaycanlı müsabiqəyə dəvət aldı - FOTO

6 dildə mahnı ifa edən azərbaycanlı müsabiqəyə dəvət aldı - FOTO

Hazırda oxunan: 6 dildə mahnı ifa edən azərbaycanlı müsabiqəyə dəvət aldı - FOTO

20580

Ukraynada azərbaycanlı yeniyetmə məhşur “Star Holiday Fest” ümumrespublika musiqi yarışmasının seçimlərinə dəvət alıb.

Bizim.Media report-a istinadla  xəbər verir ki, Ukraynanın Kirovoy-Roq şəhərində yaşayan Emir Nahid oğlu Zeynalov artıq seçimlərə rəsmi olaraq qatılıb.

“Star Holiday Fest” Ukraynada musiqi yarışması olaraq ikinci dəfə keçirilir, ölkənin və dünyanın müxtəlif tanınmışları tərəfindən münsif heyəti təşkil olunur.

Qeyd edək ki, E.Zeynalov 2007-ci ildə Kirovoy-Roq şəhərində anadan olub. Bu yaşa qədər 45 dəfə Ukraynada keçirilən musiqi festivalları və beynəlxalq müsabiqələrin qalibi olub. 6 dildə - Azərbaycan, Türkiyə, Ukrayna, ingilis, rus və yunan dillərində mahnılar ifa edir. Ukrayna Ədliyyə Nazirliyinin son olaraq keçirdiyi “Dünya uşaqların gözündə” layihəsinin qalibidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO