Rahidə Baxışova ikinci dəfə qurduğu ailəsindən və övladlarından DANIŞDI – VİDEO

Rahidə Baxışova ikinci dəfə qurduğu ailəsindən və övladlarından DANIŞDI – VİDEO

Hazırda oxunan: Rahidə Baxışova ikinci dəfə qurduğu ailəsindən və övladlarından DANIŞDI – VİDEO

203363

“3 il oldu ki, ikinci dəfə ailə qurduğuma görə, sənətdən uzaqlaşdım. Qızım dünyaya gəldi. Xanımlar və analar təsdiq edərlər ki, körpə dünyaya gəldikdən sonra onu saxlamaq, zaman ayırmaq və maraqlanmaq lazımdır. Mən sənətdən ailəmə görə uzaqlaşdım. Ailə qurdum deyə uzaqlaşdım. Çünki ikinci dəfə ailə qurduqdan sonra ikinci dəfə sənətə gəlmək kimi bir fikrim yox idi. Düşünürdüm ki, sənətlə vidalaşıram. Yəni özüm də istəyərəkdən bu addımı atdım.

O zaman isə hər gün həm Bakı, həm rayon toylarım, xına məclislərim vardı. Onların çox olduğu bir zamanda çəkildim bir kənara və ailə həyatını seçdim. Əvvəl təəssüflənirdim indi isə deyirəm ki, hər bir işdə xeyir var. Nə yaxşı ki, məhz belə oldu. Halbuki, əvvəllər belə düşünmürdüm. Qismət...”

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu “Özəl” verilişində deyib.

Sənətçi ikinci dəfə qurduğu ailəsindən və övladlarından söz açıb:

“İkinci dəfə sənətə qayıdandan sonra yenidən özümə qarşı tamaşaçıların sevgisini gördüm. Mənim üçün ikinci dəfə səhnəyə qayıtmaq çox çətin oldu. Demək olar ki, sıfırdan başladım. Biri var ki, sən 1-2 ay fasilə verirsən və sonra onu asanlıqla bərpa edirsən. Amma 3-4 il keçəndən sonra çətin olur. Çünki yenidən ayağa durmalısan. Ayağa qalxmaq isə heçdə asan olmadı.
Kənardan çox şey asan görünür. Amma bu heç də belə deyil. Biz sənət adamları çox fədakarıq.

Çox zəhmətkeş və ailəcanlıyıq. Bəzən isə bu alınmayanda alınmır. Təktərəfli olmur, hər şey qarşılıqlı olmalıdır. İkinci dəfə ailə qurduqdan sonra qızım dünyaya gəldi. Uzun illər əvəl oğlum azyaşlı olanda arzum var idi ki, yenidən ailə qurum və Zəhra adında bir qızım olsun. 12 il sonra mən ailə qurdum və qızım dünyaya gəldi.
Oğlumla qızım arasında 12 yaş fərq var. 12 il sonra Allah qızımı mənə hədiyyə verdi. Eybi yox, yenidən bu sənətə dönüb, ayağa qalxmaq çətin olsa belə, övladıma görə bunlara dəyərdi.

Qızıma baxıb deyirəm ki, “Nə yaxşı ki, qızım sən varsan”. Uşaqlarım gözünü açandan analarının bu sənətdə olub, oxuduğunu görürlər. Özüm özümü saxlayıram, ailəmi dolandırıram.

Onlar bilirlər ki, bundan başqa peşəm, sənətim yoxdur. Səhnədəyəm, toylara gedirəm, tədbirlərə, məclislərə dəvət alıram. Mənim işim budur, qazanc yerim də sənətdir”.

Aparıcı Kazım Sübhanın “Bu kameraya baxıb həmin insana nə demək istəyərdiniz” sözlərinə Rahidə “Yaxşı ki, yoxsan” qısa cavabını verib.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO