ABŞ məhkəməsi çəkiliş zamanı rejissora atəş açan aktyorla bağlı qərar verdi – FOTO/VİDEO 

ABŞ məhkəməsi çəkiliş zamanı rejissora atəş açan aktyorla bağlı qərar verdi – FOTO/VİDEO 

Hazırda oxunan: ABŞ məhkəməsi çəkiliş zamanı rejissora atəş açan aktyorla bağlı qərar verdi – FOTO/VİDEO 

201855

ABŞ məhkəməsi tanınmış amerikalı aktyor Alek Bolduin haqqında qərar qəbul edib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, illər əvvəl “Rust” filminin çəkilişi zamanı kinorejissora atəş açıb. 

Aktyor çəkiliş meydanında istifadə etdiyi silahın işə düşməsi nəticəsində təsadüfən Halyna Hatçinsin ölümünə səbəb olduğunu bildirib.

Məhkəmə qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunan aktyora qarşı ittihamı ləğv edib. Canlı yayımlanan məhkəmə prosesində verilən hökmdən sonra Bolduin və həyat yoldaşı göz yaşlarını saxlaya bilməyiblər. Jurnalistlərə açıqlama vermək istəməyən məşhur aktyor məhkəmə binasını tərk edib. 
 







Günay Şahmar, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO