63 yaşlı aktyor 6 il nişanlı qaldıqdan sonra EVLƏNDİ – FOTO 

63 yaşlı aktyor 6 il nişanlı qaldıqdan sonra EVLƏNDİ – FOTO 

Hazırda oxunan: 63 yaşlı aktyor 6 il nişanlı qaldıqdan sonra EVLƏNDİ – FOTO 

201842

Apreldə 63 yaşı tamam olan Hollivud aktyoru Eddi Merfi və onun 44 yaşlı sevgilisi Peyc Butçer altı il nişanlı qalandan sonra evləniblər. 

Bizim.Media xəbər verir ki, toy mərasimi iyulun 9-da Karib dənizindəki Anguilla adasında baş tutub. 

Orada cütlüyün yaxın qohumları və dostları iştirak edib. Xatırladaq ki, Peyc Butçerlə Merfi 2012-ci ildə görüşməyə başlayıb və altı il sonra cütlük nişanlanıb. Cütlüyün iki ümumi övladı var: 8 yaşlı qızı İzzi və 5 yaşlı oğlu Maks. Həmçinin, aktyorun keçmiş münasibətlərindən daha səkkiz övladı var. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO