Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ - VİDEO

Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ - VİDEO

Hazırda oxunan: Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ - VİDEO

201793

Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev dələduzluqla üzləşib.

Bizim.Media xəbər verir ki, bu haqda Anar “Səni axtarıram” verilişinin canlı efirinə telefon vasitəsi ilə qoşularaq danışıb.

Ağakişiyev bildirib ki, xaricdə biznes qurmaq istəyərkən iki şəxs tərəfindən aldadılıb:

“Xaricdə şirkət, iş qurmaq istədim. İstədim xeyri də bizimkilər qazansın. İki bəylə tanış oldum. Adlarını çəkməyəcəyəm, hələ istəmirəm. Hazırda iş Xəzər rayon Prokurorluğunda araşdırmadadır. Sadəcə hər bir övladın məsuliyyətini valideyni daşıyır. 

Mən bilirəm ki, Azərbaycanda da kənarda da sizi izləyirlər. Sizin proqramınız vasitəsilə onların valideynlərinə müraciət etmək istəyirəm. Çox yüksək məbləğ alıblar. Biz bir il öncə tanış olmuşuq. Macarıstanda yaşayırlar.

Burada əlavə bir işləri var. Hətta onların ikinci işi azərbaycanlı gəncləri xaricə oxumağa yollamaqdır. Nə qədər qanunidir, ya deyil, bunu yalan demiş olaram. 

Mənim onlarda sənədlərim qalıb. Onları tələb edirəm. Əgər məsələ dərinə getsə, lazım olmayan məqamlar ortaya çıxa bilər. Deməyim odur ki, həftə sonuna qədər mənə məxsus sənədləri verməsələr, öz hüquqşünasımla gəlib adlarını açıqlayacağam. Mən iki aydır gözləyirəm. Valideynləri Xəzər rayonunda qalırlar, qonşudular”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO