Dilan Polat və əri Engin Polatın 40 illik həbsləri tələb olunur

Dilan Polat və əri Engin Polatın 40 illik həbsləri tələb olunur

Hazırda oxunan: Dilan Polat və əri Engin Polatın 40 illik həbsləri tələb olunur

201531

Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polat və əri Engin Polatın işi davam edir. 

Bizim.Media xəbər verir ki, qardaş ölkədə gündəmini sarsıdan hadisədə İstanbul Anadolu Respublika Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər İstintaq Bürosu tərəfindən Dilan və Engin Polatın da olduğu 28 şübhəli barəsində aparılan istintaq tamamlanıb.  

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamənin təfərrüatları məlum olub.  

Cütlüyü 3 ayrı cinayətə görə 40 ilə qədər həbs gözləyir.  

Hazırlanan iddianamədə Dilan və Engin Polat “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “cinayət nəticəsində əmlak dəyərlərinin yuyulması” cinayətlərinə görə ümumilikdə 20 ildən 40 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb olunur. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO