Arvadlarını işgəncə verərək döyən rusiyalı aktyora CƏZA 

Arvadlarını işgəncə verərək döyən rusiyalı aktyora CƏZA 

Hazırda oxunan: Arvadlarını işgəncə verərək döyən rusiyalı aktyora CƏZA 

201002

Tatarıstanın Əməkdar artisti Marat Başarov Rusiyada təkcə teatr və kinodakı parlaq rolları ilə deyil, həm də qalmaqalları ilə tanınır. 

Bizim.Media xəbər verir ki, keçmiş həyat yoldaşlarını işgəncə verərək döyən 49 yaşlı sənətçi bu hərəkətlərinə görə cəza aldığını açıqlayıb. 

Xanımlarına əl qaldırdığına görə nüfuzunu ayaqlar altına atan Başarov özündə güc taparaq “Zlıye yazıki” (“Acı dillər”) adlı verilişdə səmimi etirafları ilə diqqət çəkib: 

“Mən cəzalandırılmışam və bundan sonra da cəzalandırılacağam. Bütün bunlar sizin üçün çox çətindir. Sizi rublla döyürlər. Normal həyat sürmək imkanınız yoxdur. Tamaşaçıların qarşısına çıxmaq, çəkiliş meydançasına çıxmaq, kadra girmək və “motor” ifadəsini eşitmək aktyor üçün həyəcandır. Bundan məhrum olanda isə çox ağrılıdır”. 

Marat bildirib ki, ona qarşı boykot davam edir. Bir sözlə, Başarova kino rolları təklif olunmur. 

“Məni hələ də filmlərə çəkmirlər”, - deyə aktyor acı həqiqəti etiraf edib. 

Qeyd edək ki, Marat bir müddət əvvəl keçmiş həyat yoldaşlarından bağışlanmasını istəyib. Əvvəlcə həyat yoldaşı Yekaterina Arxarova, daha sonra isə Yelizaveta Şevırkova aktyorun yumruqlarından əziyyət çəkib.
Onların hər ikisi məşhurun hücumuna səbəb kimi onun alkoqol asılılığının olduğunu vurğulayıblar. Başarov əmin edib ki, indi hər şeyi dərk edib və islah yolunu tutub. O, yeni sevgilisi Asya Borisova ilə münasibət qurur. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO