Rusiyalı müğənni Alsu və Yan Abramovun boşanmasında günahlandırılan model Anastasiya Reşetova öz şərəfini müdafiə etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Anastasiya haqqında yalan və böhtan xarakterli məlumatların yayılmasına görə vəkillərə və polisə müraciət edib və bununla bağlı açıqlama verəcək.
Reşetovanın kimi məhkəməyə verəcəyi açıqlanmır. Lakin yayılan xəbərlərə nəzər yetirdikdə bu şəxsin Alsu olduğu açıq aydındır.
Anastasiyanın məhkəməyə getməsi barədə məlumatın rəsmi təsdiqi yoxdur. O, özü susur və sosial şəbəkələrdə şərhləri bağlayıb. Buna səbəb isə izləyicilərin ona qarşı çıxması və nifrət dalğasının getdikcə artmasıdır.
Xatırladaq ki, artıq bir neçə həftədir ki, 7-77-yə 18 illik evlilikdən sonra Alsu və yəhudi milyarder Yan Abramovun qalmaqallı boşanmasını müzakirə edir. Model Anastasiya Reşetovanın bu işdə əlinin olması isə məsələni daha da alovlandırır. 28 yaşlı modelin uzun illər arvadını aldatdığı iddia edilən 46 yaşlı Abramovun məşuqəsi hesab olunur. Reşetovanı 41 yaşlı Alsunun “surəti” adladırırlar. Abramovla Reşetova arasındakı əlaqə haqqında şayiələr uzun müddətdir ki, gəzir, lakin Alsu özü də bu yaxınlarda onları dolayı yolla təsdiqləyib. Belə ki, ifaçı Reşetovanın “yalan danışdığını”, “aşağı sosial məsuliyyətli” və ya onun təbirincə desək, “ən qədim peşənin nümayəndələri”nə uzun bir post yazıb.
Qeyd edek ki, Alsu və Yan Abramov 2006-cı ildə evləniblər. Cütlük çoxlu sayda məşhur qonağın iştirakı ilə dəbdəbəli toy edib və bu, bəyə 3 milyon dollara başa gəlib. Cütlüyün birlikdə üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mişella və altı yaşlı Rafael.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:10 / 03.07.2024
Rusiyalı model Alsunu məhkəməyə verəcək - SƏBƏB
Hazırda oxunan: Rusiyalı model Alsunu məhkəməyə verəcək - SƏBƏB
Hazırda oxunan: Rusiyalı model Alsunu məhkəməyə verəcək - SƏBƏB
200187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.