Elgiz: “Yuxuda İlhamə Quliyeva dedi ki, Sərxan Kərəmoğlu məni narahat edir” - VİDEO

Elgiz: “Yuxuda İlhamə Quliyeva dedi ki, Sərxan Kərəmoğlu məni narahat edir” - VİDEO

Hazırda oxunan: Elgiz: “Yuxuda İlhamə Quliyeva dedi ki, Sərxan Kərəmoğlu məni narahat edir” - VİDEO

200083

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı gördüyü yuxudan bəhs edib.

Bizim.Media xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb. 

E.Əkbər bildirib ki, yuxusuna gələn İ.Quliyeva deyib ki, aktyor Sərxan Kərəmoğlu onu narahat edir: 

“8 ildir ki, İlhamə Quliyeva dünyasını dəyişib. Amma bu illər ərzində o, mənim yuxularıma gəlməyib. Ötən gün yuxumda onu gördüm. İlhamə xanım dedi ki, Sərxan Kərəmoğlu məni çox narahat edir. Bunu Sərxanın özünə çatdır. Atamın qəbrinə and olsun ki, İlhamə xanım bax bu cür dedi”. 

Qeyd edək ki, Sərxan Kərəmoğlu müsahibələrinin birində Xalq artisti İlhamə Quliyeva ilə aralarında yaşanan qalmaqaldan danışaraq onu heç zaman bağışlamayacağını bildirib. 

“İlhamə xanım haqqıma girdiyi üçün ona demişdim ki, səni bağışlamayacağam. Cavab verdi ki, mən də səni bağışlamayacağam. Söylədim ki, mən ölsəm, sən, sən də ölsən, mən gəlməyəcəyəm dəfninə. Dedi ki, yaxşı...

Amma sonra üzünü çöndərib söylədi ki, heç olmasa, əgər gecə evdə qalası olsan, gələrsən səhərədək başımın üstündə oturarsan. 3 aydan sonra İlhamə xanım dünyasını dəyişdi. 

Sabaha qədər onun başının üstündə oturdum. Amma dediyimi etdim və dəfninə getmədim. Mən bağışlaya bilməzdim. O mənim haqqımı yemişdi. Ailəyə, çörəyə, övlada toxunan bir insanı ömür boyu bağışlamaram”, - deyə İlhamə vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO