Stilist qardaşı Balaşın vəfatı ilə hələ də barışa bilməyən müğənni Xatun Əliyeva sosial mediada paylaşım edib.
Bizim.Media verir ki, müğənni instaqram hesabında onun videosunu paylaşıb. O videoya bu sözləri qeyd edib:
"Bəlkə bir çoxlarınız bilmirsiniz, amma bilənlər bilir ki,mən sənətə gəldiyim gündən kliplərimin əksəriyyətində qardaşım Balaş çəkilib. Ən gözəl kliplərim də məhz elə onlar olub. Mənim yaraşıqlı qardaşım. Dünyanın bütün gözəlliyi sanki gözlərində cəmlənmişdi. Ona görə də ancaq onunla çəkilmək istəyirdim. Sən mənim yaşadacağım ən gözəl xatirələrimsən".
Bizim.Media