61 yaşlı Qriqoriy Leps 18 yaşlı qızla EVLƏNİR - FOTO

61 yaşlı Qriqoriy Leps 18 yaşlı qızla EVLƏNİR - FOTO

Hazırda oxunan: 61 yaşlı Qriqoriy Leps 18 yaşlı qızla EVLƏNİR - FOTO

197700

Rusiyanın 61 yaşlı Xalq artisti Qriqori Leps Moskva Dövlət Universitetinin tələbəsi, 18 yaşlı Avrora Kiba ilə evlənir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb. 

“Leps  Kibaya bu yaxınlarda evlilik təklifi edib. Onların yaxın müddətdə toylarının olacağını gözləyirik. Leps evlənmək qərarına gəlib”, - deyə mənbə vurğulayıb. 
Məlumatda bildirilib ki, musiqiçi gələcək gəlini ilə valideynləri vasitəsilə tanış olub və onların romantikası Avroranın anasının razılığı ilə başlayıb. Qızın özü isə hələ də evliliyə razılıq verməyib. 

“O, hələ qərar verməyib, amma çox güman ki, mənim gəlinim olacaq”, - deyə Leps “Muz-TV”nin mükafatlanma mərasimində jurnalistlərə söyləyib. 

Qeyd edək ki, bir müddət əvvəl Leps üç uşağı olan həyat yoldaşı Anna Şaplıkovadan boşanıb. Cültük 20 ildən çox bir yerdə yaşayıblar. Boşanmanın səbəbi isə musiqiçinin xəyanəti olub. Özü də dəfələrlə evliliyinin dağılmasında günahkar olduğunu bildirib. Boşandıqdan sonra Leps özündən 40 yaş kiçik qızla münasibətdə olub, lakin mart ayında onların ayrıldığı məlum olub. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO