Aygün Kazımova:

Aygün Kazımova: "Mən bunu təkbaşına etdim" - VİDEO

Hazırda oxunan: Aygün Kazımova: "Mən bunu təkbaşına etdim" - VİDEO

197565

Xalq artisti Aygün Kazımova illər əvvəl dünya şöhrətli repçi Snup Doqla etdiyi layihəsinin pərdəarxası məqamlarını üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Zaurla Günaydın" verilişində danışıb.

Pop diva bildirib ki, 2013-cü ildə repçi ilə ifa etdiyi "Coffee from Columbia" dueti və klipini ərsəyə gətirməsində adınıaçıqlamaq istəmədiyi bir ailənin dəstək olduğunu vurğulayıb:

"Bunu illərdir söyləməmişdim. Onu həyata keçirdiyim üçün mənə dəstək olan bir ailəyə təşəkkür edirəm. İlk dəfədir bunu efirdə söyləyirəm. Bu yaxınlarda Ermənistanın tanıtımı üçün Paşinyan Müstəqillik Günü üçün Snup Doqu ölkəsinə dəvət etmişdi. Amma alınmadı. Bunu dövlət layihəsi kimi reallaşdırmaq istəyirdilər. Analyırdılar ki, bunun müsbət tərəfləri çox olar. Amma mən bunu təkbaşına etmişəm".
Qeyd edək ki, ötən ilin sentyabrında Snup Doqun Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılan konserti ləğv olunub.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO