Təyyar Bayramov qadın həmkarını BİABIR ETDİ: “Populyar olsa da sənət adından bir şeyi yoxdur” - VİDEO

Təyyar Bayramov qadın həmkarını BİABIR ETDİ: “Populyar olsa da sənət adından bir şeyi yoxdur” - VİDEO

Hazırda oxunan: Təyyar Bayramov qadın həmkarını BİABIR ETDİ: “Populyar olsa da sənət adından bir şeyi yoxdur” - VİDEO

196879

Əməkdar artist Təyyar Bayramov qadın həmkarının ədəbsiz hərəkətindən danışaraq onu efirdə biabır edib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb. 

Xanəndə bildirib ki, məclislərin birində həmin qadın ifaçı onun və Xalq artisti Nazpəri Dostəliyevanın yanından keçərək onları gördüyü halda salam verməyib: 

“Keçən səfər bir məclisdə oturmuşdum. Nazpəri xanım gəldi masaların yanından keçəndə hamıya öz hörmətini bildirdi, qonaqlarla salamlaşdı və keçdi əyləşdi. Məclisə bir qadın ifaçı gəldi. O indi populyardır, amma sənət adında bir şey yoxdur. O insan masaların yanından düz keçdi. Mən onun bu hərəkətini müşahidə etdim. Sonra həmin qadın ifaçı Röya Ayxanla şəkil çəkdirmək üçün onun qəbuluna düşə bilmədi. Daha sonra Nazpəri xanıma yaxınlaşıb ondan xahiş etdi ki, birlikdə şəkil çəkdirsin”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO