“Qırılan qabırğalar və boğulma hissi...” - Selin Dion xəstəliyindən DANIŞDI - VİDEO

“Qırılan qabırğalar və boğulma hissi...” - Selin Dion xəstəliyindən DANIŞDI - VİDEO

Hazırda oxunan: “Qırılan qabırğalar və boğulma hissi...” - Selin Dion xəstəliyindən DANIŞDI - VİDEO

196318

Dünya şöhrətli müğənni Selin Dion ilk dəfə səhhəti ilə bağlı geniş müsahibə verib.

Bizim.Media xəbər verir ki, “Today” verilişinin qonağı olan sənətçisərt əzələ sindromunun özünü necə büruzə verməsindən bəhs edib.

Mərkəzi sinir sisteminin bu xəstəliyi mütərəqqi əzələ sərtliyinə səbəb olur.

“Mən mahnı oxumağa çalışanda sanki kimsə məni boğur, sanki kimsə boğazımı sıxır”, - deyə Selin vurğulayıb.

Dionun sözlərinə görə, onun vəziyyəti bədəninin müxtəlif nahiyələrində spazmlarla müşayiət olunur və ağrılar qədər güclüdür ki, bir dəfə buna görə müğənni hətta qabırğalarını da sındırıb:

“Bu, qarın nahiyəsində, onurğa sütununda, qabırğalarda ola bilər. Əgər ayağımı necə yerə qoysam, bu vəziyyətdə də qalacaq, ya da yemək hazırlayanda eyni şey mənim barmaqlarımda və ya əllərimdə baş verəcək”.

Qeyd edək ki, Selin Dion 2022-ci ildə sərt əzələ sindromu diaqnozu qoyulub. Xəstəlik irəlilədiyinə görə müğənni dünya turunu ləğv etmək məcburiyyətində qalıb. Sənətçi bu yaxınlarda “Vogue” jurnalının üz qabığı üçün açıq-saçıq pozlar verib və bildirib ki, xəstəliyini “qəbul etmək” və onu “idarə etməyi” öyrənmək üçün hər gün çalışır.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO