“Kaş, Əli Mirəliyevlə duet oxumazdım. Kənardan baxıram, ayıbdır. Heç olmasa, o duetlərə hörmətlə yanaş, danışığını bil”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu “Xəbər ətər” verilişində deyib.
Sənətçini əsəbiləşdirən onun duet ortağı Əli Mirəliyevin efirlərin birində onun arxasıyca xoşagəlməz sözlər deməsi olub:
“Əlidən heç gözləməzdim. O dəfə verilişlərin birində deyib ki, “Ruhəngiz Musəvi və Ruhəngiz Allahverdiyeva toyda “Bu gecə” mahnısını qışqıra-qışqıra oxuyublar”. Ayıbdır! Bundan sonra onunla efirə çıxmayacağam. Danışığına fikir ver, bəsdir. Bu şeylər mənə toxunur. Mən sənətə gələndə heç Əlini tanımırdım”.
Rəşad Əliyev, Bizim.Media