Aydın Sani: “Səhnədə kişi özünü qadın kimi aparmamalıdır” - VİDEO

Aydın Sani: “Səhnədə kişi özünü qadın kimi aparmamalıdır” - VİDEO

Hazırda oxunan: Aydın Sani: “Səhnədə kişi özünü qadın kimi aparmamalıdır” - VİDEO

195932

“Bizim efir məkanlarımıza ayaq açdığımız vaxtlarda bərklik, sərtlik, xasiyyətsizlik var idi. Bunları görüb özümə dedim ki, mən belə olmaram. Mənim sözüm o kişi müğənnilərədir. Hər şey öz qədərində daha gözəldir. Şou başqa şeydir. Mən bu şounun “anti” tərəfinin nə olduğunu bilmirəm. Amma yaxşı deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aydın Sani qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi xanım və kişi həmkarlarının səhnədə özünü əks cinsin nümayəndələri kimi aparmalarını tənqid edib:

“Mən heç zaman gözləmirdim ki, verilişə gələndə soruşum ki, “Digər qonaqlar kim olacaq?” Heç vaxtı o sual xoşuma gəlməyib. Çünki qarşı tərəfdə fikir oyadarsan ki “Səni dəvət edirik və sənə dəyər veririk”. Mən axı verilişə gələndə niyə qaş qabaqlı oturum ki? Amma bəzən elə insanlarla bir araya gəlirik ki, o məni sıxır. Səhnədə xanımın xanım, kişinin kişi yeri olmalıdır. Kişi özünü xanım kimi aparmamalıdır”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO