Müğənni Emil Bədəlov Novruz bayramında sosial şəbəkələrdə yayılan görüntüsü ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günaylı gün” verilişində danışıb.
Bədəlov fotoda həddindən artıq çəki atması ilə bağlı yayılan şayiələrə belə reaksiya verib:
“Novruz bayramında qayınatam, Xalq artisti Firuz Əliyevin bağında idim. Oradan şəkil paylaşdım. Səkkiz ay idi ki, implant etdirmişdim. Üç gün idi ki, implantın üzərinə diş qoymuşdular. “Kappa” deyilən bir məsələ var. Onu çıxarmışdım və elə şəkil çəkdirmişdim.
Amma səhifələr mənim bu şəklimi xoş olmayan başlıqla paylaşmışdılar. Bədən o bədəndir, sifət “düşüb” sadəcə. Pis insanlar hər zaman pis danışacaqlar. Kökələndə deyirlər arıqla, arıqlayanda da deyirlər ki, pis yola düşmüsən”.
Qeyd edək ki, bir neçə gün əvvəl Emil Bədəlov 3-cü dəfə qız atası olub.
Rəşad Əliyev, Bizim.Media