Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirov 8 aydır ki, itkin düşüb. Orxanın doğma anası Lalə xanım onun tapılması üçün “Səni axtarıram” verilişinə pənah gətirib.
Bizim.Media xəbər verir ki, sözügedən proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Orxanın döyüldüyünü açıqlayıb.“Orxan yoxa çıxmadan 3 gün əvvəl dostuna zəng vurub deyib ki, məni
izləyirlər. Soruşublar ki, nə etmisən? Deyib, bilmirəm, oteldəyəm. Bakıxanın (O.Nadirovun dostu - red.) taksi kimi sürdüyü maşınla qaçır. İzlənildiyi üçün oradan da qaçıb və hava limanına gedib. Niyə izlənildiyi halda hava limanına gedir və İstanbula uçmağa cəhd edir? Orxanın iki pasportu olub. Sıradan insan tərəfindən izlənilməyib. Bu adam hansı ağılla hava limanına gedib? Sirlərlə dolu bir axtarışdır. Deyirlər ki, saxlayanlar onu öldürməzlər. Orxan şəkər xəstəliyindən əziyyət çəkirdi. Onu dəhşətli dərəcədə döyüblər. O döyülmədən sağ çıxa bilərmi, onu da bilmirəm. Bakıxanın həyat yoldaşı Sofiya deyib ki, adımı çəkməyin, efirə bağlamayın mənə təhdid var”, - deyə X.Hidayətqızı vurğulayıb.
Qeyd edək ki, İ.Quliyevanın vəfatından sonra ögey bacıları Orxan Nadirova mirasdan heç bir pay verməyib. O, eyni zamanda həyat yoldaşından ayrılıb. Orxanın bir övladı var.
Rəşad Əliyev, Bizim.Media