Kərim Abbasov: “Bədənşəkilləndirmə əməliyyatını da edəcəyəm” - VİDEO

Kərim Abbasov: “Bədənşəkilləndirmə əməliyyatını da edəcəyəm” - VİDEO

Hazırda oxunan: Kərim Abbasov: “Bədənşəkilləndirmə əməliyyatını da edəcəyəm” - VİDEO

194430

“İki il əvvəl üzümdə kök hüceyrə əməliyyatını etdirdim. Demək olar ki, bu əməliyyatın müsbət nəticəsini də gördüm. Üzümün cizgilərinə əməliyyatdan sonra baxanda görürsən ki, cavanlaşmağa doğru gedir. Kök hüceyrə əməliyyatı etdirən sonra sanki yaş arxaya gedir. Üz dərisi cavanlaşır. Kök hüceyrə əməliyyatında öz piyindən hüceyrələr götürülür və üzə vurulur. Bu əməliyyat mənim çox xoşuma gəldi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

İki il əvvəl üzündə kök hüceyrə əməliyyatı keçirən sənətçi bildirib ki, zamanı gələndə bədənşəkilləndirmə əməliyyatını da etdirəcək: 

“İnsan gərək özünə qulluq, diqqət və hörmət etsin. Əməliyyatı isə istər səhnə, istərsə də səhnədən kənar insan da edə bilər. Elə insanlar var ki, onlar düşünürlər ki, kişinin “balkonu” (böyük önə çıxan qarnı nəzərdə olar” olmalıdır. İnsanlar da var ki, özünə mütəmadi baxır. Bu məsələyə hər kəsin özünəməxsus və bir cür yanaşması var.
Niyə də mən plastik əməliyyat etdirməyim ki? Zamanı gələndə plastik əməliyyatda, bədənşəkilləndirmə əməliyyatını da edəcəyəm. Plastik və estetik əməliyyatlar təkcə qadınlar üçün deyil. Bu bütün özünə baxan və qiymət verən insanlar üçündür. Niyə də özünə baxmayasan və gəşəng görünməyəsən? Səhnə adamısan və ya adi sadə bir insansan... Niyə də özünə diqqət etməyəsən?!” 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO