Aparıcı və prodüser Tarix Əliyev (Tolik) mərhum İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, Tolik sosial şəbəkə hesabında mərhum sənətkara həsr olunmuş və özünün iştirak etdiyi "O üz" verilişindən görüntüləri yayımlayaraq 8 ay itkin düşdüyü deyilən Orxanın 5 ay əvvəl sağ olduğunu yazıb.
“Deyirəm, 5 ay bundan öncə “O üz” verilişi İlhamə Quliyevaya həsr olunmuşdu. Mən də orada idim. Orxanla onda əlaqə saxlayıblar, sağ idi. İndi deyirlər, 8 aydır xəbər yoxdur”, - deyə, T. Əliyev vurğulayıb.
Qeyd edək ki, Orxanın doğma anası Lalə xanım "Səni axtarıram" ictimai-sosial verilişinə gələrək oğlundan 8 aydır ki, xəbər ala bilmədiyini, itkin düşdüyünü söyləyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:43 / 25.05.2024
Tolik: "5 ay əvvəl Orxanla danışıblar, sağ idi" - FOTO
Hazırda oxunan: Tolik: "5 ay əvvəl Orxanla danışıblar, sağ idi" - FOTO
Hazırda oxunan: Tolik: "5 ay əvvəl Orxanla danışıblar, sağ idi" - FOTO
194036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.