Ruhəngiz: “Evimi bu cür təmir edən ustaların Allah bəlasını versin” – VİDEO

Ruhəngiz: “Evimi bu cür təmir edən ustaların Allah bəlasını versin” – VİDEO

Hazırda oxunan: Ruhəngiz: “Evimi bu cür təmir edən ustaların Allah bəlasını versin” – VİDEO

193981

Əməkdar artist Ruhəngiz Allahverdiyeva yeni köçdüyü evində işləyən ustalara qarğış edib.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” verilişində bildirib ki, ustalar onun evini təmir edən zaman çox sayda yanlışlıqlara yol veriblər.

“Yeni ev aldım və oraya köçdüm. Evimi təmir edən ustaların Allah başına daş “salmasın”. Mənim zəhmətlə qazanıb və evimin təmirinə xərclədiyim pulların hamısı boşuna xərcləndi. Ustaların ürəkləri necə istəyib, elə də işləyiblər. İşıq çəkilişi düzgün qurulmayıb. Təmirdən sonra onların etdiyi səhvlərin hamısı üzə çıxdı. Tavanı sındırıb baxmalı idim ki, işıq sistemini necə qurublar? Onların öz insaflarına verilmişdi. Ustaların nəzarətçisi çox güclü olub. Allah bəlalarını versin! Hər gün onlara deyirəm: “Allah sizin bəlanızı versin”. Axı, mən onlara niyə qarğış etməli deyiləm? Niyə deməyim? Bəs, mən yazıq deyiləm? O boyda əzab və əziyyət çəkmişəm. Keçmiş də deyil... Bir də əlimə o pul gələcək? Bir də o pulları qazanmaq imkanım olacaq? Mən təmirli evə girib rahat oturmalıyam. Əlimi atıram, bir tərəfdə işıq yanır, digər tərəfdə isə yox. Baş aça bilmədim ki, bu ustalar evimə haradan gəldi? Onları elə bil ki, “üçün kruqu”ndan tutub gətiriblər evimə. Ustalar o cür evimi təmir edib pullarını alıb gediblər. Mən onların evimi necə təmir etdiyini necə bilə bilərdim? Yalnız köçəndən sonra. Köçdüm və gördüm ki, evimi çox pis təmir ediblər. Allah onları “xoşbəxt” etsin”, - deyə R.Allahverdiyeva qeyd edib.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO