Türkan Vəlizadənin anasının səhhəti PİSLƏŞİB 

Türkan Vəlizadənin anasının səhhəti PİSLƏŞİB 

Hazırda oxunan: Türkan Vəlizadənin anasının səhhəti PİSLƏŞİB 

193872

Müğənni Türkan Vəlizadənin anasının səhhəti pisləşib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Tarixin bir günü” verilişində danışıb. 

T.Vəlizadə bildirib ki, anasının vəziyyətinin ağırlaşmasına səbəb həmkarı Vəfa Şərifovanın onun haqqında efirdə səsləndirdiyi qalmaqallı çıxışı olub: 

“Anamın səhhəti heç yaxşı deyil. Buna səbəbkarlar (Vəfa Şərifovanı nəzərdə tutur - red.) var. Hansı ki, mənə söz atılır. Mən danışmadığım halda onlar belə edirlər. İki gün bundan əvvəl də verilişdə xahiş etdim ki, mən olmadığım proqramda adımı çəkib kiməsə sual verməsinlər. Xəbərdarlıq edirəm! Adımı çəkirlər, sonra da nə gəldi danışmağa başlayırlar. Bu da anamın, ailəmin səhhətində psixoloji problemlər yaradır. Efirdə müəyyən sözlər deyildiyi, ailəmin səhhətində problem yarandığı üçün biz məhkəməyə müraciət etmişik”. 

Qeyd edək ki, T.Vəlizadə "TikTok" video platformasında Vəfa Şərifovanın fanatlarının təhqirinə məruz qaldığını bildirib.
O daha sonra canlı yayımda Vəfa və onun fanatlarına "Sizin ağzınızı cıraram. Özü də elə cıraram ki, tikməyə iynə, sapınız olmaz. Açıq-aşkardırsa, sizin ağzınızı cıraram. Sizin başınızın üstündə dayanan böyüyünüz var, onun da ağzını cıraram" ismarışlar ünvanlayıb. Bundan sonra tərəflər arasında qalmaqal daha da şiddətlənib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO