Firuzə İbadova: “Cavanşirin yoxluğuna inanmıram, sanki harasa gedib” 

Firuzə İbadova: “Cavanşirin yoxluğuna inanmıram, sanki harasa gedib” 

Hazırda oxunan: Firuzə İbadova: “Cavanşirin yoxluğuna inanmıram, sanki harasa gedib” 

193764

“Mən hələ də şokdayam. Cavanşir Məmmədovun yoxluğuna inanmıram. O sanki harasa gedib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Mərhum duet ortağı Əməkdar artist Cavanşir Məmmədovdan söz açan sənətçi bildirib ki, onun həyat yoldaşı Xalidə xanım hələ də bu itki ilə barışa bilməyib: 

“Cavanşirin həyat yoldaşı Xalidə xanımla danışanda da dedim ki, hələ də şokdayam. O da mənə söylədi ki, “Elə bilirəm, Cavanşir evdə gəzir, inanmıram ki, artıq yoxdur”. Çox ani oldu. Toydan gəldi, yemək yedi, çayını içdi, güldük, zarafatlaşdıq, nəvələri ilə oynadı. Səhər ayıldıq yenə də hər şey eyni ilə... Üç dəfə xırıltısı gəldi, vəssəlam”. 
Qeyd edək ki, C.Məmmədov 70 yaşında evində qəfil ürəktutmasından vəfat edib. Sənətkar anası Güllü Məmmədovanın yanında Yasamal qəbiristanlığında torpağa tapşırılıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO