Nisə Qasımova: “Ağzının danışığını bilməyən aparıcılar var” – VİDEO 

Nisə Qasımova: “Ağzının danışığını bilməyən aparıcılar var” – VİDEO 

Hazırda oxunan: Nisə Qasımova: “Ağzının danışığını bilməyən aparıcılar var” – VİDEO 

193189

Xalq artisti Nisə Qasımova aparıcıları tənqid edib. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Qapqara” verilişində danışıb. 

Qasımova bildirib ki, aparıcılar onu verilişə çağırıb şəxsi həyatı ilə bağlı qeyri-etik suallar verirlər: 

“Bəzi aparıcılar var ki, xətirlərini çox istəyirəm, amma aparıcı kimi aparıcı deyil. Ağzının danışığını bilmir. Telekanalların birində çalışan jurnalist həm müxbir, həm də aparıcıdır. Söylədi ki, Nisə xanım, bizim verilişə gəlin və sizin yaradıcılığınız haqda bir proqram edək. Ola bilər ki, mən xəstə idim və biraz da əsəbi, yorğun idim, dedim ki, oğlum, sən haqqımda heç nə bilmirsən, mən barədə nə veriliş hazırlayacaqsan?
Düz danışmaq lazımdır. Sən gəncsən. Az qalıb ki, 97 yaşım olsun və hələ də bu günə kimi mənə aparıcılar sual verirlər ki, niyə ailə qurmamısınız? Bu sualdan sonra istəyirsən saçının diblərini göstərəsən ki, artıq başımda ağ tüklər var, nə ailə qurmaq?! Yəni belə aparıcılarla heç bir ünsiyyət qurmaq olmur. Bir sözlə, onlarla söhbət alınmır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO