Cenniferlə Ben BOŞANIR? - Üzüyünü çıxardı 

Cenniferlə Ben BOŞANIR? - Üzüyünü çıxardı 

Hazırda oxunan: Cenniferlə Ben BOŞANIR? - Üzüyünü çıxardı 

192994

Cennifer Lopezlə Ben Afflekin evliliyinin sona yaxınlaşdığı barədə şayiələr yayılmağa davam edir. 

Bizim.Media xəbər verir ki, paparazzilərin obyektivinə tuş gələn aktyor nikah üzüyünün barmağında olmaması ilə diqqət çəkib.

Bir gün sonra aktyor keçmiş həyat yoldaşı Cennifer Qarnerlə oğulları Samuelin iştirakı ilə basketbol oyununa gedərkən yenidən paparazzilərə tuş gəlib. Bu dəfə də Ben üzük taxmayıb.

Əvvəllər insayderlər artıq Afflek və Lopezin birlikdə yaşamadığını yazırdılar, amma indi yeni məlumatlar ortaya çıxıb. Cütlüyün bir neçə həftə əvvəl ayrıldığı məlum olub. Üstəlik, hazırda kirayədə qalan Afflek həyat yoldaşının ardınca yeni ev axtarmağa başlayıb. Bundan əlavə, insayderlər cütlüyün hətta “Analar Günü”nü ayrıca qeyd etdiklərini bildiriblər. 

Qeyd edək ki, Ben və Cenniferin münasibətlərində problemlər olması ilə bağlı söz-söhbətlər çoxdan başlayıb. Sosial şəbəkə əhli Afflekin həyat yoldaşı ilə birgə fotolarında xoşbəxt görünmədiyini yazıblar.
Lakin Afflek özü sadəcə belə bir sifətə sahib olduğunu bildirib və bir sıra izləyicilər onun narazı görünüşünü paparazziləri sevməməsi ilə də əlaqələndirib. Bununla belə, Ben və Cennifer ictimaiyyət arasında birlikdə görünməyi dayandırdıqda cütlüyün pərəstişkarları ciddi həyəcan təbili çalıblar. Bir müddət əvvəl Cenniferin “Met Gala – 2024”ə əri Bensiz qatılması cütlüyün arasında münaqişələrin yaşandığına işarə edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO