“Həyat yoldaşım Məhəmməd sözün əsl mənasında həyatımın yoldaşıdır. O, dəlisov insandır. Bu da məndən irəli gəlir. Çünki mən də yerimdə “dayanan” insan deyiləm (gülür)”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “Günaylı gün” verilişində deyib.
Sənətçi həyat yoldaşı Məhəmmədin birinci xanımı və onların uşaqları ilə dost münasibətdə olduğunu bildirib:
“Efir vasitəsi ilə Aysel xanımı salamlayıram. Aysel xanım Ömərlə, Osmanın anasıdır. Yəni mənim həyat yoldaşı Məhəmmədin birinci xanımıdır. Biz Aysel xanımla o qədər yaxınıq ki, sanki uşaqlıqdan bir böyümüşük. Bəzən bir oğlu bizə gəlir biri isə anasının yanında qalır. Çünki anasına da kömək lazımdır. Bəzən isə ikisi də bizə gəlir. Tətil zamanı isə ev boş olmur. Oğlum Rafael ilə çox yaxşı münasibətdədirlər. Ömər və Osman Rafaelin hər zaman dərslərinə kömək olurlar. Ömər qayğıkeş, Osman isə dəlisovdur. Rafael isə onların bu xüsusiyyətlərini özündə birləşdirib. Lazım olanda qardaşlar oğlumun yeməyini də bişirirlər. Oğlumu onlara uşaqlıqdan tam etibar edirəm. Rafael hazırda ikinci sinifə gedir”.
Rəşad Əliyev, Bizim.Media