Müğənni Türkan Vəlizadə ilk dəfə ögey bacısı, ifaçı Ləmanla birgə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, Vəlizadə bacıları "5 gün Mikayıl ilə" verilişində qonaq oldublar.
Türkan bildirib ki, Ləman onunla bir atadan lakin fərqli anadan dünyaya gəlib:
"Ləmanla efirə çıxmağımın səbəbi ögey bacı olmağımızdır. Ata tərəfdən Ləman ögey bacımdır. Analarımız ayrı atamız isə birdir. Biz bir-birimizə oxşayırıq. Elə ögey bacılar görmüşəm ki, bir-biri ilə düşməndirlər. Amma bizdə elə bir şey olmayıb. Biz mehribanıq. Ləman mənim doğmamdır.
Onsuz da bilirdim ki, axtarıb, soraqlayıb Ləmanı tapacaqlar. Bəri başdan özüm Ləmanı təqdim edirəm. Bəlkə də atam buna görə məndən inciyəcək. Anam onsuz da məndən hər iki dəqiqədən bir inciyir, küsür və danışmır. Ona deyəndə ki, "ana, ayağının altında ölüm", cavab verir ki, "dur, buradan". Bizi tez-tez bir yerdə görəcəksiniz. Bundan başqa efirlərdə də, toylarda da, hətta duet də oxuyacağıq".
Rəşad Əliyev, Bizim.Media