Mahsun Kırmızıgül: \

Mahsun Kırmızıgül: \"Azərbaycanda üzümə açılacaq çox qapılar var\" - VİDEO

Hazırda oxunan: Mahsun Kırmızıgül: \"Azərbaycanda üzümə açılacaq çox qapılar var\" - VİDEO

192060

"Ölkəmizdə zəlzələ oldu. Fəlakət içindəydik. Bu səbəbdən mən də gəmgin və xoşbəxt deyildim. Konsertimdə də xoşbəxt deyildim. Şükürlər olsun ki, artıq üzüm gülür. Bu dəfəki konsertlərimdə çox əylənəcəyik. Hətta konsertimə 2-3 gün əvvəlcədən gəldim ki, biraz Bakıda gəzim. Azərbaycanı çox sevirəm. Bura mənim ikinci vətənimdir". 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin məşhur ulduzu Mahsun Kırmızıgül Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. 

Sənətçi Azərbaycanla bağlı təəssuratlarını bu sözlərlə dilə gətirib: 

"Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Buranın insanları və torpağı çox fərqlidir. Ona görə burada bol gəzəcəyik. Bakı çox dəyişib. Azərbaycanlılarla çox yaxın dost bağlarım var. Dünyanın hansı ölkəsində olursam olum onlar yanıma gəlirlər. Ona görə də məni başqa sənətçilərlə qarışdırmayın. Buranı çox sevirəm. Keçən səfər Bakıdakı konsertimdə ölkəmizdə baş verən təbii fəlakətə görə çox gəmgin olduğuma görə heç yerə gedə bilmədim. Amma indi hamı ilə görüşüb gəzəcəyəm. Mən həmçinin sizin məşhur nərə balığınızdan da yeyəcəyəm". 

Mahsun azərbaycanlı həmkarları ilə iş birliyinə hər an hazır olduğunu deyib: 

"Azərbaycanlı sənətçilərlə iş birliyi təbii ki, ola bilər. Niyə də olmasın?! Təklif gəlsə, buradakı həmkarlarımla hansısa bir layihə edə bilərik". 

Əməkdaşımızın "Bakıda ev almağı düşünürsünüz?" sualına M.Kırmızıgül belə cavab verib: 

"Bakıda bütün evlər mənimdir (gülür). Anamın doğulduğu yerdə otellər yoxdur. Ona görə kimdən soruşsan, qalmağa yer, səni öz evinə götürərlər. Bakıda da özümü elə görürəm. Bakıda kimə desəm ki, meni evinə aparın, əminəm ki, apararlar. Bilirəm ki, Azərbaycanda mənim çox qapım var. Azərbaycanda üzümə açılacaq çox qapılar var. Kimin yanına getsəm, məni evində qonaq edər. Buna görə də sizi çox sevirəm". 
 



Rəşad Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO