Bir müddət əvvəl Bakıda qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb.
"Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları özüm də izləmişəm. Mənim orada günahım yoxdur", - deyə o bildirib.
Qeyd edək ki, qəza aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib.
İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Bizim.Media